Abidənin indeksi AZ-101001– 0200– 001
Abidənin Adı Tuba şah məscidi Məscid
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1482-1483
Abidənin Ünvanı AZ1076, Bakı şəhəri, Xəzər r-nu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov küçəsi ilə Kolxozçu küçəsinin kəsişməsi.
Müasir İstifadə Xarakteri İlkin təyinatı üzrə
İstifadəsi Üzrə Təkliflər İlkin təyinatı və tuzrizm məqsədilə.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar əhəng daşı Yaxşı
      - Örtüklər əhəng daşı Yaxşı
      - Döşəmələr əhəng daşı Yaxşı
      - Tavanlar əhəng daşı Yaxşı
      - Fasadların dekoru ------ -----
      - İnteryerlər əhəng daşı Yaxşı
      - Divar rəsmləri ----- -----
      - Heykəltaraşlıq nümunələri ----- -----
      - Tətbiqi sənəd əsərləri ------ -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Abidənin qoruq (mühafizə) zonası 2010-cu ildə təsdiq olunub. Qoruq zonası Tuba Şah məscidi və Böyük Mərdəkan qəsri ilə birgə işlənilib. Qoruq zonası abidələr yerləşən kvartalı əhatə edir. Tuba şəh məscidindən şərqə 33 m, qərbə 2.5 m, cənuba 3.8 m, şimala 45 m (Böyük Mərdəkan Qalası daxil olmaqla) qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri -- 101001–0200–001
İcra Tarixi 2014
İcraçı Ağabacı Məmmədova
Qısa Təsviri
   Abşeronun Mərdəkan qəsəbəsində Dördbucaqlı qalanın yanında inşa edilmiş məscid sadə memarlıq quruluşuna malikdir. Planda kvadrat şəklində olan məscidin girişi mərhəmətli bir portalla həll olunub. Məscidin qiriş qapısının üstündə, içərisində bir neçə epiqrafik yazı var ki, onların mətni bir-birinə ziddir. Portalın içində, giriş qapısının üstündə  bütöv daş blokunun üzərində nəsx xəttilə ərəb dilində ikisətirli yazı yazılıb: "Bu məscidi böyük sultanın qulu, Allahın və Sultan Şiranşahın köməyilə... Tuba Şahi tikmişdir. Səkkiz yüz səksən altıncı il"(1481-1482). 
   Tuba şah məscidinin memarlıq plan quruluşu düzbucaqlı olmaqla, tərəflərinin ölçüləri 11.5 x 13 m-ə bərabərdir. Bina lakonik həndəsi düzgün həcm tutumu, ciddi memarlıq forması və daxili məkanın dəqiq həlli ilə diqqəti cəlb edir. Plan həlli giriş baş tağının kvadrat əsaslı zala aparması ilə başlanır. Zalın künclərindəki dörd kamera onun xaçvari plan quruluşunda həllinə səbəb olmuşdur. Məscidin künclərdəki ikimərtəbəli kameraları birmərtəbəli zala birləşməklə onu tamamlayır. Mərkəzi günbəz konstruksiyalı örtük sistemi sadə  dörd oxvari tağın konstruktiv yükdaşıyıcılığının səyi nəticəsində durmuşdur. Günbəzin interyerdən örtüyü oxvari sferikdir, eksteryerdən isə 1.4 m hündürlüyündə 12 tərəfli barabani var ki, onun da üzərində alçaq şişəkli dairəvi günbəz qurulub. Zalda cənub divarda stalaktitlərlə tamamlanan əzəmətli bir mehrab yerləşdirilib. Zaldan dama vintvari pilləkənlə qalxmağ olar. Pilləkənə oxvari arka ilə tamamlanan qapıdan keçilir. Qapının üstündə (əsas girişin sağ tərəfində) üst-üstə iki yazılı daş yerləşdirilib. Birinci yazı qapının  üstündə  bir sətirlik ərəbdilli kitabədir  ki, burada da “Həqiqətən Allahdan başqa məbud yoxdur və Məhəmməd onun Rəsuludur” sözləri yazılmışdır. İkinci yazı məscidin 774-cü (1372) ildə tikildiyindən bəhs edir. Çox güman ki, daş başqa bir abidədən çıxarılıb və divarda yerləşdirilib. Baş fasad dərin taxçalı oxvari baş tağla fərqlənir. İbadət zalının hamar xarici divarı önündə irəliyə düzbucaqlı yaraşıqlı portal çıxır. Portalın mürəkkəb, səkkiztərəfli ulduz şəklində örtüyü diqqəti cəlb edir. Portal arkasının üstündə dördkünc medalyon var. Medalyonda küfi xəttilə səkkiz dəfə “Əli”  adı təkrarlanır. Portalın timpanında buta şəklində iki medalyon vardır. Sağ tərəfdə olan medalyonda üst  tərəfindən  “Allah  Məhəmməd Əli” sözləri, digərində isə “ Allahu Əkbər” sözləri həkk edilmişdir. 
    Portalın içində, giriş qapısının tağı üstündə altıbucaqlı bir medalyon vardır ki, içərisində altı dəfə təkrar edilən  “Əli” sözü həkk edilmişdir. Medalyonun üstündə isə məscidin əsas kitabəsi yerləşdirilib. Məscid plan kompozisiya quruluşu, portal və hücrələrin örtük həlli, fasadların lakonik sadəliyi ilə Şirvanşahlar sarayı kompleksində olan Şah məscidini xatırlayır.