Abidənin indeksi AZ-103008-0500-001
Abidənin Adı Şakir ağa türbəsi Türbə
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1427-1428
Abidənin Ünvanı AZ1038, Balaxanı qəsəbəsi, Qəbiristanlıq, kəndin şimal hissəsi.
Müasir İstifadə Xarakteri İlkin təyinatı üzrə
İstifadəsi Üzrə Təkliflər İlkin istifadəsi üzrə, Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar Əhəng daşı Yaxşı
      - Örtüklər daş Yaxşı
      - Döşəmələr daş Yaxşı
      - Tavanlar tağ Yaxşı
      - Fasadların dekoru -----
      - İnteryerlər daş Yaxşı
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 103008-0500-001, 103008-0500-002
İcra Tarixi 2013
İcraçı Ağabacı Məmmədova
Qısa Təsviri
   Balaxanı  qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427-28-ci ildə tikilib və  1385-86-ci ildə tikilən Hacı Şəhla türbəsindən altı metr məsafədə yerləşir. Abidə  haqqında  bilgilər  məhduddur.  
   İmarətin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur: "Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza əmr etmişdir. Səkkiz yüz otuz birinci il (831-1427/28)".
   Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.
   Abidə  planda  xaçvaridir. Abşeronun daxili quruluşu xaç şəklində olan bir neçə abidə var (Nardaranda Xan bağı köşkü, Şirvanşahlar sarayı kompleksində türbə və s.). Lakin, Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur.
   Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzducaqlı 8 ədəd taxçalar mövcuddur.  
Giriş alçaq oxvari tağ ilə tamamlanan qapıdandir. Qapıüstü tağ bütöv bir daşdan yonulub. Daşın üz səthi bitki ornamentilə bəzədilib. Giriş tağ daşının üstündə iki sətirli epiqrafik yazılı daha bir daş yerləşdirilib. Giriş və üstündəki yazı daşı profilli iri daş bloklarla çərçivəyə alınıb.