Abidənin indeksi AZ-101001-0500-002
Abidənin Adı Axund Abuturab türbəsi Türbə
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1908
Abidənin Ünvanı AZ1044, Hacı Zeynalabdin Tağıyev küçəsi
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar əhəng daşı Yaxşı
      - Örtüklər əhəng daşı Yaxşı
      - Döşəmələr əhəng daşı Yaxşı
      - Tavanlar ------ -----
      - Fasadların dekoru əhəng daşı Yaxşı
      - İnteryerlər əhəng daşı Yaxşı
      - Divar rəsmləri ------ -----
      - Heykəltaraşlıq nümunələri ------ -----
      - Tətbiqi sənəd əsərləri ------ -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 101001-0500-002
İcra Tarixi 2013
İcraçı Ağabacı Məmmədova
Qısa Təsviri
    Abşeron  dini abidələri içərisində özünəməxsus diqqətə layiq yeri olan tikililərdən biri Mərdəkan kəndində Abuturab türbəsidir. Axund Abuturab XX əsrin populyar və tanınmış  Azərbaycan dinşünas alimi idi. Abşeronun Əmircan kəndindən olan milyonçu Murtuza  Muxtarovla onu möhkəm dostluq  telləri bağlayırdı. Axund Abuturabın vəfatından sonra milyonçu Murtuza Muxtarov onun xatirəsini  əbədiləşdirmək qərarına gəlir və təmtəraqlı bir türbənin layihəsini mülki mühəndis İ.K.Ploşkoya sifariş edir. Türbə 1908-ci ildə  Mərdəkan kəndində tikilir.   
    Türbə orta əsr Azərbaycan türbələrinə xas olan ənənəvi planda idi. Yəni səkkizüzlü formaya malik idi və həcm-məkan kompozisiyaları  üçün çox plastik idi. Həcm həllində pavilyon şəklində təsvir olunub. Plastika zənginliyi, bütün kompozisiyanın təsvir və ornametlərinin ifadəliliyi epiqrafik kitabələrin zərifliyi və gözəlliyi günbəzlə tamamlanır.
    Türbənin içində daşdan yonulmuş və ornamentlə bəzədilmiş sənduqə Axund Abuturaba, onun ayaq tərəfində yerləşdirilən sənduqə isə Hacı Zeynalabdin Tağıyevə məxsusdur.
    Hacı Zeynalabdin Tağıyev 1924–cü il sentyabrın 1-də 105 yaşında Mərdəkandakı bağında vəfat edib. Sentyabrın 4–də dəfn  edilib. Öz vəsiyyətinə görə Axund Abuturabın ayağı altında basdırılıb. Bu vəsiyyət barədə bir neçə rəvayət var. Onlardan biri belədir. Tağıyev özü nəql edirmiş ki, kefimin kök vaxtı idi, karetada  Mərdəkana bağa gedirdim. Pəncərədən gördüm ki, Axund Abuturab ağa faytonda gedir. Karetanı saxlatdırıb sürücüyə dedim ki, onu yanıma çağırsın. Soruşdum - “Ağa, bu cah–cəlal ki, məndə var əlimdən çıxa bilərmi?”.
   Abuturab  ağa  dedi:
   - “Hacı, sən Məkkəyə gedib ziyarət eləmisən əstəğfürullah de, Allah istəsə bir ləhzədə bütün dövləti əlindən alar.” İyirminci ildə şəhər evimdən bağa həmişəlik köçəndə başa düşdüm ki, Abuturab ağanın ayağı biləni mənim başım bilmir. Məni onun ayağı altında basdırın.”
   Türbənin pavilyonu vahid memarlıq kompozisiyası təşkil edən gözəl hasara alınmışdır. 1991-ci ildə atasının qəbrinin yanında Hacının qızı Sara xanım Tağıyeva da basdırılıb. Sənduqəsi həmin türbənin içindədir. 
   Türbə üç pilləli pastamentdə ustalıqla yonulmuş əhəng daşından tikilib. Türbə səkkizüzlüdür. Səkkiz qoşa, səkkizüzlü formaya malik olan sütunlar (diametri 32 sm ) üstündə dayanıb. Sütunların sadə bazası və bitki ornamenti ilə bəzədilmiş kapitelləri var. Kapitellərin üstündən kompozisiya bütöv bir həcm kimi həll olunub. Hər qoşa kapitelin üstündəki bitki ornamentli pilon spiral formasında yonulmuş kantla bir-birilə birləşir. Pilonların arasındakı ekranın hər birində mavritaniya üslubunda həll olunmuş qofreli bir arka yerləşdirilib.
   Ekranlarda yerləşdirilmiş və ornamentlərlə bəzədilmiş epiqrafik kitabələr zərifliyi və gözəlliyi ilə cəlb edir. Pilonlar üstündən piramidal formalı yarpaq ornamenti ilə bəzədilmiş karniz yerləşdirilib. Karnizin üstündən kiçik maşikullar bir parapet yaradıb. Türbə barabanlı oxvari gümbəzlə tamamlanıb. Baraban daş üzərində yonulmuş butalarla bəzədilib. Günbəzin əsasından 16 üçbucaq formada yerləşdirilmiş bitki ornamentindən yonma oxlar, gümbəzin başında birləşib kiçik bir şişəklə tamamlanır. Türbənin interyerləri təmiz yonulmuş əhəng daşından sadə həll olunub.