Abidənin indeksi AZ-6060000-0500-005
Abidənin Adı Türbələr (Comərdi Qəssab türbəsi) Türbə
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi Yoxdur
Abidənin Ünvanı AZ2000, Gəncə şəhəri, Tağı Arani küç. İmamzadə qəbiristanlığı və Alüminium zavodunun arası
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş -----
      - Divarlar Kərpic Yaxşı
      - Örtüklər kərpic Yaxşı
      - Döşəmələr Kərpic Yaxşı
      - Tavanlar kərpic tağ Yaxşı
      - Fasadların dekoru kərpic Yaxşı
      - İnteryerlər kərpic Yaxşı
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Səbriskar qəbiristanlığının hasarı abidənin qoruq (mühafizə) zonasını şərtləndirir.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 6060000-0500-005
İcra Tarixi 2014
İcraçı İradə Miralayeva
Qısa Təsviri
  "Comərdi Qəssab" türbəsi XVII əsrin əvvəllərində Köhnə Gəncə şəhərinin ərazisində inşa edilmişdir. Comərdi Qəssab adlı kəramət sahibinin yaşam tarixi dəqiq bəlli deyil. Bir şey bəllidir ki, Yaxın və Orta Şərqin bir çox ölkələrində də Comərdi Qəssab adına bağlı türbələr mövcuddur. Dəqiq adı bəlli olmayan Comərdi Qəssab öz kəramətinə, doğruluğuna və  dürüstlüyünə görə bütün İslam aləmi tərəfindən sevilib və  özününküləşdirilib. İ.M.Cəfərzadə Comərdi Qəssabın IV Xəlifə Əli ibn əbu-Talibin dövründə yaşadığını yazır. Ə.V.Salamzadə isə türbənin XVII əsrdə inşa edildiyini təsdiq edir. Türbənin nə eksteryerində, nə də interyerində epiqrafik material qeyd olunmayıb. Məzar daşı da yoxdur.  
Türbə Səfəvi hakimiyyətinin sonlarında inşa edilmişdir. Türbənin plan quruluşu tipoloji cəhətdən Aran memarlıq məktəbi üslubunda olsa da, Cənubi Azərbaycan təsiri aydın görünür.  
   Türbə öz plan quruluşuna görə səkkizbucaqlı prizma şəklindədir. Bir qapısı və üç pəncərəsi var. Divar müstəvilərində ikiqatlı taxçalar var. Üzərində sferik gümbəz yerləşir.  
   Türbə üzərində təmir-bərpa işləri 1980-ci illərdə aparılmışdır. Bərpa işləri zamanı bəzi səhvlərə yol verilmişdir. Ə.V.Salamzadənin təsbitinə görə 1950-ci illərdə türbənin 4 qapısı varmış. Bərpadan sonra isə 1 qapı  və 3 pəncərəli türbə ilə qarşılaşırıq. Gümbəzaltı konstruksiya olaraq  tromplardan istifadə olunmuşdur. Səkkizbucaqlı korpusun tinləri pilyastr çıxıntısı ilə tərtib olunmuşdur. Türbənin tərəfləri isə ritmik işıq-kölgə effekti yaratmaq məqsədilə tağlı taxçalarla bəzədilmişdir.