Abidənin indeksi AZ-6060000-0500-007
Abidənin Adı Türbələr (Əsgər ağa Gorani türbəsi) Türbə
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi Yoxdur
Abidənin Ünvanı AZ2000, Gəncə şəhəri, İsmət Qayıbov və Ozan küçələri arası. Səbizkar qəbirstanlığı
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar Kərpic Yaxşı
      - Örtüklər kərpic Yaxşı
      - Döşəmələr kərpic Yaxşı
      - Tavanlar kərpic tağ Yaxşı
      - Fasadların dekoru kərpic Yaxşı
      - İnteryerlər kərpic Yaxşı
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 6060000-0500-007
İcra Tarixi 2014
İcraçı Miralayeva İradə
Qısa Təsviri
    Əsgər ağa Goraninin türbəsi XIX əsrin əvvəllərində Gəncə şəhərinin Səbizkar qəbiristanlığında inşa edilmişdir. Əsgər ağa Gorani  Gəncəbasarın Samux ağalarından olub. Ölüm tarixi dəqiq bəlli deyil. Türbənin nə eksteryerində, nə də interyerində epiqrafik  material  qeyd olunmayıb, məzar daşı da yoxdur.  
    Türbə Rus işğalından sonra inşa edilmişdir. Memarın adı bəlli olmasa da onun təhsilli, professional olması şübhə doğurmur. O, türbənin fasad elementlərini Mavritan (Məqrib) memarlığı uslubunda tərtib edilmişdir. Türbənin bütün fasadları eyni  kompozisiya  quruluşa malikdir. Binanın simmetriya oxu üzərində iri nalvari tağ, onun yan tərəflərində isə iki ədəd oxvari tağ türbənin tektonik quruluşunu təyin edir. Nalvari tağ iki ədəd pilyastr tipli sütunun üzərindədir. Bu  tağlar yuxarı tərəfdən daha iri bir tağla  birləşdirilmişdir. Türbənin başlığı Mavritaniya xarakterli müşgüllərlə (maşikullarla) bəzədilmişdir. Türbə dekorativ baxımdan daha  çox  Avropa  təsiri ilə tikildiyinə  dəlalət  edir.  
    Türbənin gümbəzi dörd ədəd tromp üzərində qurulmuşdur.     
Fasadda kərpiç konsollarla maraqlı işıq-kölgə effekti əldə edilmişdir. Bütün Gəncə türbələrində olduğu kimi bu türbənin də gümbəzində tənəkədən aypara quraşdırılmışdır.