Abidənin indeksi AZ-103008-0200-001
Abidənin Adı Hacı Şəhla məscidi Məscid
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1385-86
Abidənin Ünvanı AZ1038, Balaxanı qəsəbəsi. Qəbiristanlıq, kəndin şimal hissəsində.
Müasir İstifadə Xarakteri İlkin təyinatı üzrə
İstifadəsi Üzrə Təkliflər Təyinatı ilə və turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə -----
      - Divarlar əhəng daşı Qəza
      - Örtüklər əhəng daşı Qəza
      - Döşəmələr əhəng daşı Qəza
      - Tavanlar əhəng daşı Qəza
      - Fasadların dekoru -----
      - İnteryerlər əhəng daşı Qəza
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq (mühafizə) zonası 2014-cü ildə təsdiq olunub. Abidə qəbiristanlıqda yerləşdiyi üçün qoruq zonası fasadlardan 1.2 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 103008-0200-001
İcra Tarixi 2014
İcraçı Ağabacı Məmmədova
Qısa Təsviri
   Hacı Şəhla məscidi və Hacı Şakir ağa türbəsi Balaxanı kəndinin  qəbiristanlınğında hündür bir  təpənin üzərində tikilmişdir. Türbə iki hissədən ibarətdir - daxili otaqdan və geniş portaldan. Giriş qapısının üstündə  vaxtilə iki sətirlik kitabə vardır ki, onun mətni belədir: “Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il. (787-1385/86)". Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı ərəbcə bir kitabə də vardır ki, bu da imarəti tikən ustaların adını bildirir. İki sətirlik bu kitabə belə oxunurdu: "Ustad Arif bin ustad Musa Cibalın işidir”.
   Üzərində olan kitabələrdə  türbə imarət kimi adlandırılıb. Ancaq bəzi türbələrdə onları son imarət kimi qeyd olunmasına rast gəlirik.
   Tikili hal–hazırda uçulmuş şəkildədir. Türbənin tam yarısı, cənubdan-şimal tərəfə dağılıb və ancaq portal hissəsinin yarısı, qərb divarı qalıb. Ədəbiyyatda rast gəlinən yazılı daşlar yerində yoxdur, dağılıb və itib. Qərb divarda olan taxçaların ətrafları da dağılıb,  böyük deşiklər əmələ gəlib. İçərisində məzarlığa təsadüf olunmadığı üçün məzarın harada yerləşməsi bilinmir.