Abidənin indeksi AZ-606000-0500-004
Abidənin Adı İmamzadə kompleksi Ziyarətgah
Tipoloji Mənsubiyyəti Memarlıq kompleksi
Abidənin Tarixi yoxdur
Abidənin Ünvanı AZ2000, Köhnə Gəncə, İmamzadə qəbiristanlığı
Müasir İstifadə Xarakteri Dini turizm
İstifadəsi Üzrə Təkliflər Ziyarətgah kimi.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə ----- -----
      - Divarlar Kərpic Yaxşı
      - Örtüklər kərpic Yaxşı
      - Döşəmələr Kərpic Yaxşı
      - Tavanlar kərpic tağ Yaxşı
      - Fasadların dekoru kərpic, kaşı Yaxşı
      - İnteryerlər kərpic Yaxşı
      - Divar rəsmləri ----- -----
      - Heykəltaraşlıq nümunələri ----- -----
      - Tətbiqi sənəd əsərləri ----- -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ----- 606000-0500-004
İcra Tarixi 2013
İcraçı İradə Miralayeva
Qısa Təsviri
   Gəncədə "İmamzadə" və ya "Göy İmam" kimi tanınan dini kompleks  müxtəlif dövrlərdə türbə ətrafında hasar, darvaza, təkiyə, ibadətgah və seyid  qəbirləri inşa edilərək abidə memarlıq kompleksinə çevrilmişdir. Bu kompleksə  bağlı tikililərin içərisində memarlıq baxımından ən dəyərlisi İmamzadə  İbrahimin türbəsi və həyətin darvazasıdır. İmamzadə İbrahimin qəbri VIII əsrə  aid olsa da, türbə XVII əsrdə Səfəvilər dövründə Gəncə Bəylərbəyliyinin  idarəçiliyi zamanı inşa edilmişdir. Türbənin kaşılı gümbəzi və barabanı XIX  əsrdə Yadigarzadə tərəfindən əlavə edilmişdir. Türbənin içərisindəki  kitabənin  tərcüməsinə görə oradakı qəbir hicri 120-ci ildə (Miladi 739-cu il) vəfat etmiş İmam Məhəmməd Baqirin oğlu İbrahimə aiddir. 
   Türbənin xalq arasında işlənən digər adı isə "Göy İmam"dır. Bu isə XIX  əsrdə təmir edilmiş gümbəzin firuzəyi rənginə görədir.  
   Türbənin konstruksiyası kvadratdan gümbəzə altıbucaqlı tromp vasitəsilə  keçidlə səciyyələnir. Abidənin digər özəlliyi isə Azərbaycanın xatirə  memarlığında xarakterik olmayan iç və bayır gümbəzlər arasında baraban  konstruksiyasından istifadə olunmasıdır. Türbənin istər eksteryeri, istərsə  də interyeri asketik şəkildə həll olunmuşdur. Gümbəz və barabanda başqa heç  bir yerdə dekor yoxdur.  
   Dəfələrlə təmir olunmuş və ilkin görkəmini tam itirmişdir. Türbə kərpic,  kaşı, əhəng məhlulu və gəclə tikilmişdir. XIX əsrin sonu, XX əsrin  əvvəllərində türbənin qərb və şərq tərəflərində qadın və kişilər üçün  səcdəgah əlavə edilmişdir. Məqsədi bəlli olmayan daha bir mavritan stilində   tikinti türbəyə şimal tərəfdən bitişdirildi.
   Stil baxımından kompleksin kompozisiya ifadəliliyi Təbriz məktəbinə daha  yaxındır. Türbənin tektonik quruluşunda istifadə olunan altıbucaqlı tromp  sistemi Azərbaycan memarlığında az rast gəlinən konstruksiyadır. Tikinti  dövrü Səfəvilərin (Şah  Abbasın) hakimiyyəti dövrünə təsadüf edir. Həmin  dövrdə Gəncəni mərkəzi hökumət tərəfindən təyin edilən Bəylərbəyi və lələlər idarə edirdilər.
   2009-cu ildən etibarən "İmamzadə" kompleksində rekonstruksiya və abadlıq  işləri aparılmaqdadır. Kompleksin giriş darvazası bərpa olunmuşdur. Hal-hazırda türbənin tarixi hissəsində bərpa işləri aparılmaqdadır. Keçmiş  anbarların və hücrələrin yerində dini və ehsan məqsədilə istifadə olunacaq  gümbəzli otaqlar inşa edilmişdir. Bununla yanaşı kompleksə kaşı ilə  bəzədilmiş yeni giriş əlavə olunmuşdur. Giriş portalının üzərindəki gümbəz də  kaşı ilə bəzədilmişdir.  
   Tarixi türbənin üzərində möhtəşəm ikimərtəbəli sarkofak tikilmişdir. Sarkofakın hündürlüyü 24 metrdir. Türbənin yan tərəflərində iki ədəd səcdəgah və iki  minarənin ucaldıması nəzərdə tutulur. Kompleksin ərazisində üç mərtəbəli idarə binası,  mehmanxana, dəstəmazxana və qurbangah inşa edilmişdir. 
   Yeni inşa edilmiş binaların interyeri gəc məhlulu ilə suvaqlanmış və dini mövzuda yazılar  və naxışla bəzədilmişdir.