Abidənin indeksi AZ-606000-0500-007
Abidənin Adı Türbələr (İsgəndər ağa türbəsi) Türbə
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi Yoxdur
Abidənin Ünvanı AZ2000, Gəncə şəhəri, İsmət Qayıbov, Əlövsət Məmmədov küçələrinin arası, Səbizkar qəbiristanlığı.
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar Kərpic Yaxşı
      - Örtüklər kərpic Yaxşı
      - Döşəmələr kərpic Yaxşı
      - Tavanlar kərpic tağ Yaxşı
      - Fasadların dekoru kərpic Yaxşı
      - İnteryerlər kərpic Yaxşı
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 606000-0500-007
İcra Tarixi 2014
İcraçı Miralayeva İradə
Qısa Təsviri
   İsgəndər ağa türbəsi XIX əsrin əvvəllərində Gəncə şəhərinin Səbizkar qəbiristanlığında inşa edilmişdir. İsgəndər ağanın ölüm tarixi dəqiq bəlli deyil. Türbənin nə eksteryerində, nə də interyyerində epiqrafik material  qeyd olunmayıb, məzar daşı da yoxdur.  
   Türbənin plan quruluşu tipoloji cəhətdən Aran memarlıq məktəbi üslubunda olsa da, fasad elementləri daha çox rus kərpiç memarlığını xatırladır. Türbə üzərindəki kərpic dekorlar Rus zadəgan memarlığını xatırladır. Digər Gəncə türbələrində olduğu kimi İsgəndər ağa türbəsinin fasadı simmetrik quruluşa malikdir (ortada qapı, kənarlarda pəncərə). Binanın künclərində yerləşən dairəvi sütunlar türbəni bir az da incə göstərir. Kompozisiya baxımından fasadların dördü də eynidir. 
   Gümbəzaltı konstruksiya olaraq tromplardan istifadə olunmuşdur. Türbənin interyeri gəclə suvanmışdır. Dekor və ya epiqrafik material mövcud deyil.  
   Binada inşaat materialı olaraq 20 x 20 sm ölçülü yerli kərpiçdən istifadə olunmuşdur. Fasadda kərpiç konsollarla maraqlı işıq-kölgə effekti əldə  edilmişdir. Bütün Gəncə türbələrində olduğu kimi bu türbənin də  gümbəzində tənəkədən aypara quraşdırılmışdır.