Abidənin indeksi AZ-312003-0200-001
Abidənin Adı Məscid Məscid
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi yoxdur
Abidənin Ünvanı AZ4419, Masallı rayonu, Qızılağac kəndi ərazisində - təqribən rayon mərkəzindən 18 km aralı məsafədə.
Müasir İstifadə Xarakteri İlkin təyinatı üzrə
İstifadəsi Üzrə Təkliflər ilk istifadəsi üzrə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Qənaətbəxş
      - Divarlar Kərpic Qənaətbəxş
      - Örtüklər Kirəmid Qənaətbəxş
      - Döşəmələr Kərpic Qəza
      - Tavanlar Taxta lövhə Qənaətbəxş
      - Fasadların dekoru Kərpic Qənaətbəxş
      - İnteryerlər Kərpic Qənaətbəxş
      - Divar rəsmləri ------ -----
      - Heykəltaraşlıq nümunələri ------ -----
      - Tətbiqi sənəd əsərləri ----- -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq zonası cənuba-35 m, qərbə-5 m, şərqə-8 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 312003-0200-001
İcra Tarixi 2013
İcraçı Nəsib Zeynalov
Qısa Təsviri
   Qızılağac kəndindəki məscid bu rayonun ərazisində mühafizə olunan memarlıq abidələri sırasındadır. Məscidin tarixi haqqında elə də geniş məlumat yoxdur.
   “Lənkəran xanlığının mərkəzi əvvəlcə Qızılağac kəndində olması, ictimai əhəmiyyətli tikililərin o cümlədən, dini abidələrin geniş vüsət alaraq inşa edilməsinə gətirib çıxarmışdır”.
   Abidənin tarixi XIX əsrə təsadüf edir. Məscidin yaxınlığındakı yeraltı hamam da XIX əsr yadigarıdır. Ərazi mərkəzlərini formalaşdıran bu iki tikilinin də eyni tarixli olması, hər ikisinin də bir şəxs və ümümillikdə xalqın vəsaiti hesabına ucaldıldığını da güman etməyə şərait yaradır. Hamama el arasında məşhur "Hacı Məmməd hamamı" və "Böyük hamam" deyirlər. Hacı Məmmədin təvəllüdünu nəzərdən keçirdikdə-doğumundan 180 il keçdiyini fərz etsək, məscidlə hamamın yaşının 180 ildən yuxarı olduğunu güman etmək olar.
   Məscid maraqlı forma həllinə malikdir. Belə ki, Cənub bölgəsində olan məscidlərin nəzərdə olan biçimdən fərqli biçimdə inşa edilmişdir. Uzunsov dördbucaq şəkilli plan quruluşuna malik məscid 23.34 x 9 m ölçüsündədir.
   Fasada çatma tağ şəklində həll edilmiş sağ və sol tərəflərdən iki qapı (1.35 x 1.82 m) və ortada iki laylı iki pəncərə (3.22 x 2.93 m) ilə forma verilməklə inşa edilmişdir.
   Bina kərpiclə hörüldüyünə görə xaricdən, mehranın yerini işarə verən nalvari tağ şəklində müstəvi dekorda nəzərə daha tez çarpır. Bütün fasadlar üzrə divarların qalınlığı 66 sm-dır. Ön fasadda iki ədəd beş pilləli pilləkən qurulmuşdur.