Abidənin indeksi AZ-504048-1100-001
Abidənin Adı Məbəd Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ3424, Ləkit kəndi, meşəlikdə
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Bu nadir abidə təbiət qüvvələrinin və zamanın təsiri altında dağılmaqda davam edir. 40 illik fasilə ilə çəkilmiş fotoşəkillərin müqayisəsi abidənin nə qədər sürətlə dağıldığını göstərir. Konservasiya işlərinin həyata keçirilməsindən sonra abidə və onun ətraf ərazisi yerli və xarici turistlərə nümayiş etmə məqsədi ilə muzeyə çevrilməsini məqsədə uyğun sayırıq.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Qəza
      - Divarlar daş Qəza
      - Örtüklər daş Qəza
      - Döşəmələr ----- -----
      - Tavanlar ---- -----
      - Fasadların dekoru ---- -----
      - İnteryerlər daş Qəza
      - Divar rəsmləri ---- -----
      - Heykəltaraşlıq nümunələri ---- -----
      - Tətbiqi sənəd əsərləri ---- -----
Qorunma Kateqoriyası Dünya
Təsdiq Olunmuş Mühafizə Zonası Abidə fındıq meşəliyində yerləşib. Qoruq (mühafizə) zonası 2012-ci ildə təsdiq olunub. Qoruq zonası şimala 120 m, cənuba 45 m, şərqə 82 m, qərbə 25 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 504048-1100-001
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
    Üç məşhur dairəvi alban məbədindən biri Qax şəhərindən qərbdə, Böyük Qafqaz sıra dağlarının yamaclarından birində yerləşən Ləkit kəndindədir. Abidə kəndin qırağında, fındıq ağacları əkilmiş hündür sahənin lap kənarında ucalır. 40 illik fasilə ilə çəkilmiş fotoşəkillərin müqayisəsi abidənin nə qədər sürətlə dağıldığını göstərir. Vaxtilə gözəlliyi ilə seçilən tikilinin xarabalıqları onun plan həllini və ümumi şəkildə memarlıq simasını bərpa etmək imkanı verir. Ləkit məbədi az yayılmış memarlıq tipinə–dövrələmə, dairəvi dəhlizi olan tetrakonx tipinə aiddir. O, planda dördləçəkli şəklində daxili hissədən və onu əhatə edən halqaşəkilli dövrələmədən ibarətdir. Abidə ilk dəfə rus sovet alimi P.D.Baranovski tərəfindən tədqiq olunmuş və onun “ Qum və Ləkit kəndlərinin abidələri ” məqaləsində təsvir edilmişdir. Məbədin xarici divarlarının dairəvi səthi (d=18,8 m) bayır tərəfdən novçalı pilyastrlarla 28 hissəyə bölünmüşdür. Daxili tərəfdən isə divarlar 3 metrdən bir yerləşmiş 20 yarımsütunlarla hissələrə ayrılmışlar. Məbədin daxili həcminə şərq tərəfi digər dairəvi alban məbədlərində olduğu kimi ayrıca həcm şəklində həll olunmuş iki kiçik sövməə  birləşir. Dörd pilonun yaratdığı günbəzaltı kvadrat bütün kompozisiyanın əsasını təşkil edir və həcmlər onun ətrafında qruplaşır. Pilonlar planda daxili kəsilmiş bucağı yarımdairəvi valiklə bəzədilmiş kvadrat formasındadır. Onlar günbəzin barabanının kvadrat əsasını daşıyır və eyni zamanda tetrakonxun mərkəz hissələrini təşkil edirlər. Tetrakonxun hər bir eksedrası yarımdairəvi planlı qolu isə üç sütundan ibarətdir.
   Məbədin plan strukturu onun həcm kompozisiyasının çoxtəbəqəli olmasından xəbər verir. Əsas alt hissə planda dairəvi dövrələmənin divarları ilə əhatə edilir. Şərqdən isə ona hündürlüyü böyük olmayan sövməələr birləşirdi. Dövrələmə dəhlizin üzərində dörd yarımsilindr konxa ucalırdı, onların mərkəzində isə alçaq barabanın üzərində günbəz yerləşirdi. Məbəd hündürlüyü boyu iki və ya üç sıra pəncərələrlə işıqlanırdı. Onlar dövrələmənin divarında, konxalarda və yəqin ki, barabanda yerləşirdilər. Qapıların yerləşməsi də maraqlıdır. Piştağlarla əhatə edilmiş üç giriş qapısı şimala, cənuba və qərbə açılır. Məbədin içərisində qapı yerlərinin düz qarşısında yerləşən sütunlar məbədin mərkəzinə gedən yolu sanki kəsirlər. Məbədin ilk tədqiqatçılarından olmuş D.Axundov bu maraqlı kompozisiya həllində qədim bütpərəst alban ənənələrinin təsirini qeyd edir.           
   Üçlaylı məbədin həm interyeri, həm də eksteryeri, çox güman ki, zəngin dekorla bəzədilmişdi. Dövrələmə divarının saxlanılmış hissələri bunu sübut edir. Hörgüdə müxtəlif materialların – çaydaşının, məsaməli əhəngdaşının (şirindaşın) və bişmiş  kərpicin birgə istifadəsi məbədin xarakterik xarici görünüşünü və özünəməxsus koloritini formalaşdırırdı.
   G.H.Məmmədovanın tədqiqatlarına əsasən məbəd vaxtilə böyük və möhtəşəm vəng kompleksinə daxil idi.