Abidənin indeksi AZ-312000-0500-001
Abidənin Adı Nəzəri xanım türbəsi Ziyarətgah
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi Yoxdur
Abidənin Ünvanı AZ4419, Hişkədərə kəndi ərazisində - təqribən rayon mərkəzindən 19 km aralı məsafədə
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə -----
      - Divarlar -----
      - Örtüklər -----
      - Döşəmələr -----
      - Tavanlar -----
      - Fasadların dekoru -----
      - İnteryerlər -----
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 312000-0500-001
İcra Tarixi 2013
İcraçı Nəsib Zeynalov
Qısa Təsviri
   Ümumiyyətlə, bütün cənub bölgəsi pir və ziyarətgahlarla zəngindir. Buralarda seyid və şıx nəsillərinə xüsusi ehtiram var. Yerli əhali Allah qarşısında onların xüsusi seçilmiş insanlar olduğuna inanır. Bu region üçün əziz-hörmətli sayılacaq din adamlarının xatirəsini  vəfatından sonra əbədiləşdirməklə bir daha hörmət və ehtiramlarını göstərirlər. Bu tendensiya Masallı rayonunda da davam etdirilməkdədir. Masallı rayon Hişkədərə İmamzadəsinin çox qədim tarixi var. İlk başlarda bu tikili ehtimal olunur ki, yaşayış evi – ev sakinin vəfatından sonra “pir” adlandırılmağa başlanmışdır. Bir xeyli zamandan sonra tikilidə müəyyən natural dağılmalar meydana gəlməyə başladığından-yerli təşəbbüs nəticəsində sökülərək yenidən tikmək şərti ilə “türbəyə” çevrilmişdir. Daha sonra müəyyən müddət bu adlandırmadan istifadə edərək tikilini “türbə” klasifikasiyasında yenidən bərpa etməyə səy göstərmişlər. Lakin bu dəfə buranı “İmamazadə” deyə adlandıraraq ziyarətinə gəlmişlər. Formalaşmanın bu mərhələsində tikili yenidən gözdən keçirilir və bu dəfə dahada fərqli bir üslubda yenidən, ilkin tikinti materialından fərqli material olan “qırmızı” kərpiclə inşa olunur. İmamzadə ziyarətgahının tarixi nədənsə bəzi qeydlərdə VIII-IX əsrlərlə bağlı olduğu vurğulanır və elə bu xronoloji rəqəm aralığına əsaslanaraq mənbələr bu  “Ziyarətgah"da  VII imam Museyi Kazımın nəvəsi İbrahimin məzarının yerləşidiyi söyləyirlər. Habelə, abidənin üzərinə vurulan lövhədə də bu yazılan fikirlər öz əksini tapır, lakin yerli əhali buranı İbrahimin qızının adı ilə bağlayırlar, yəni Nəzəri xanımın adı ilə. Bu sonuncu fikirin dolğun olması daha inandırıcıdır, belə ki, imam nəslindən olan şəxslərin xatirəsi ilə bağlı İranın Astara şəhərində İmam Museyi Kazım(ə) nəvələri imamzadələr İbrahim və Qasımın hərəmi sayılan ziyarətgahın olduğu dəqiqliklə bəllidir. Odur ki, Hişkədərə kəndindəki “İmamzadə” pirində Nəzəri xanımın türbəsi olmasına şühbə yaratmır.
   2001-ci ildə yerli xeyriyyəçinin şəxsi təşəbbüsü ilə sökülərək əlavə dəyişikliklər edilməklə yenidən inşa edilmişdir. Yeni tikilmiş bina heç bir tarixi əhəmiyyət daşımır. Tarixi əhəmiyyətli ancaq binanın içində olan məzar və qəbir daşıdır.