Abidənin indeksi AZ-503008-1100-001
Abidənin Adı Məbəd Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi Tarixi mənbələrdə bu ərazidə birinci xristian məbədinin I əsrdə tikilməsi öz əksini tapır. V əsrdə o məbədin bünövrəsində yeni kilsə binası ucaldılmışdır. VII əsrdə isə binaya günbəz əlavə olunmuşdur.
Abidənin Ünvanı AZ5525, Kiş kəndinin mərkəzi
Müasir İstifadə Xarakteri Mədəni maarif
İstifadəsi Üzrə Təkliflər Qafqaz Albaniyasının Tarixi və Mədəniyyəti Muzeyi kimi
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar daş Yaxşı
      - Örtüklər daş tağ Yaxşı
      - Döşəmələr əhəng daşı Yaxşı
      - Tavanlar daş tağ Yaxşı
      - Fasadların dekoru əhəng daşı Yaxşı
      - İnteryerlər daş Yaxşı
      - Divar rəsmləri ---- -----
      - Heykəltaraşlıq nümunələri --- -----
      - Tətbiqi sənəd əsərləri --- -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ----- 503008-1100-001
İcra Tarixi 2013
İcraçı Səbinə Haciyeva
Qısa Təsviri
    Kiş kəndində Müqqədəs Yeliseyə həsr olunmuş məbəddir. Kiş çayının sahil yüksəkliyində yerləşdirilmiş kəndin yaşlı nəsli təsdiq edir ki, əvvəl kilsənin ətrafında çoxsaylı tikililəri ilə və daş hasarı olan kompleks mövcud idi. XX əsrin 20-ci illərində on il ərzində kilsədən məscid və məktəb kimi istifadə olunmuşdur. Müqəddəs Yeliseyin kilsəsinin yerləşdiyi Kiş kəndinin tarixi və mədəniyyəti qədim Azərbaycan şəhəri Şəki ilə sıx bağlıdır. Şəkidən fərqli olaraq, Kiş kəndi daha əlverişli coğrafi mövqeyə malikdir. Kiş çayının yatağı ilə gələn sel axınları yüksəklikdə yerləşən kəndə böyük zərər vurmurdu. Kəndi əhatə edən dağ və dərələr əlverişli müdafiə şəraiti yaradırdı.
    Məbəd ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim bünövrələr, dini dəfn yerləri və müxəlləfat müasir məbədin qədim məbədin yerində ucaldıldığını göstərir. Daha qədim bünövrələr e.ə. I-III əsrlərə aiddir. Onların qalıqları məbədin qərb divarı önündə aşkar edilmiş, düzbucaqlı planda olan daha qədim binanın üstündə tikilmişdir. Bu tikilinin şərq hissəsində, indiki kilsənin döşəməsi altında 1,5 m dərinliyində dəfn yeri aşkar edilmişdir. Arxeoloqlar qədim bünövrəni e.ə. II-I əsrlərə aid edirlər.
 Müqəddəs Yelisey məbədi şərq tərəfində irəli çıxan yarımqövs apsida ilə günbəzli zaldan ibarətdir. Məbədin planlaşdırma həlli alban zal kilsələri üçün xarakterikdir. Azca uzunsov proporsiyalı ibadət zalı iki cüt pilyastr ilə iki hissəyə bölünür. Mehrab apsidası zalın şərq hissəsinə bitişir və hal-hazırda nalşəkilli görünüşə malikdir. Pilyastrlar T-şəkilli kəsimə malikdir. Giriş açımı qərb divarında yerləşir. Qərb, şərq və şimal divarlarının hərəsində bir pəncərə açımı, güney divarında iki pəncərə var. İç tərəfdən divarlar çökük səthə malikdir. Zondlama göstərib ki, pilyastrlar divar hörgüsü ilə bağlı deyil və sonradan tikilmişdir. Mehrab apsidası kilsənin torpaq döşəməsinin hazırki səviyyəsindən ucalır. Apsidanın iki tərəfindən ikipilləli balaca pilləkən qurulub. Apsidanın mərkəzində daş mehrab durur. Yuxarısı tağlı iki taxça mehrab apsidasının yeganə bəzəyidir. T-şəkilli kəsimi olan pilyastrların üstündən oxvari formada tapqırı tağ keçir. Mehrabın zəfər tağı da belə bir həndəsi formaya malikdir. Pilyastrlar və apsida arasındakı yan divarların dərinləşdirilmiş sahələri oxşar cizgilərə malik ikipilləli tağlarla çərçivələnmişdir. Günbəz boyununun kilsənin içərisini yaxşı işıqlandıran 6 pəncərəsi var. Məbəd iri monumental aşağı həcmdən və onun üzərində ucalan səkkizüzlü, piramidavarı çadır örtükdən ibarətdir. Kilsənin maraqlı özəlliyi düzbucaq həcmli ibadət zalından çıxan mehrab apsidasının yarımsilindrik kütləsidir. Məbəd kompozisiyanın daha bir vacib fərdi cizgisi xaçvari-günbəzli məbəd transeptini xatırladan milləri əmələ gətirən yan divarların günbəzaltı hissəsinin balaca üçkünc hündürlüyüdür. Bu cür “psevdotransept” – alban memarlığında və ümumiyyətlə Qafqazın günbəzli zalları arasında nadir haldır.
    Məbəd əhəngdaşından tikilib. Kvadrlar alt hissədə olduqca iridir, lakin hündürə qalxdıqca onların ölçüsü balacalaşır. Divarlar uzanıb gedən üfqi sıralara riayət edilmədən hörülüb. Pəncərə açırımları və gümbəzin boyun hissəsi profillənmiş haşiyəyə alınıb. Kiş kəndindəki məbəd alban abidələri arasında xüsusi statusa malikdir. O, həm memarlıq abidəsi kimi əhəmiyyətə, həm də nəzərə çarpan tarixi dəyərə malikdir. Məbədin yaranma tarixi Qafqaz Albaniyasında xristianlığın yayılma tarixi ilə bağlıdır. Tarixi qaynaqlarda apostol Yelisey tərəfindən kilsənin tikilməsi haqda məlumatların mövcudluğu alban kilsəsinin müstəqil apostol başlanğıcının təkzibedilməz sübutudur. Qaynaqlarda qeyd olunan kilsənin təməlinin qoyulma tarixi Qafqazda xristianlığın tarixində ən qədim tarix sayılır.
    Kiş kəndindəki kilsə 2000-2003-cü illərdə bərpa edilmişdir. Hazırda orada Qafqaz Albaniyasının Tarixi və Mədəniyyəti Muzeyi yerləşir.