Abidənin indeksi AZ-705007-1500-001
Abidənin Adı Didivan qülləsi Qala
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi Yoxdur
Abidənin Ünvanı AZ3520, Qazax, Xanlıqlar kəndi, 6 km məsafədə
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Qəza
      - Divarlar daş Qəza
      - Örtüklər daş, taxta lövhə (mərtəbə arası) Qəza
      - Döşəmələr daş Qəza
      - Tavanlar daş Qəza
      - Fasadların dekoru ---- -----
      - İnteryerlər ---- -----
      - Divar rəsmləri ---- -----
      - Heykəltaraşlıq nümunələri ---- -----
      - Tətbiqi sənəd əsərləri ---- -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 705007-1500-001
İcra Tarixi 2013
İcraçı Nəsib Zeynalov
Qısa Təsviri
   Didivan qalası adının ətrafında linqvistikaya söykənərək müxtəlif izahlar verilir, lakin ən uyğun olanı isə qalanın tipoloji xüsusiyyəti ilə üst-üstə düşən ehtimalı doğru hesab etmək olar. Belə ki, qala “Gözətçi” qalasıdır. “Didivan” sözünü “Didevan” kimi yazsaq – “Dide” farsca “Göz”, “Van” isə məskən, məntəqə mənasındadır. Adını müxtəlif cür desələr də, ayrı–ayrı mənalandırsalar da, “Dədəban – Dədə evi” kimi izahı daha inandırıcıdır. Belə ki, qala XX əsrin ortalarına qədər el arasında ziyarətgah kimi istifadə olunub. 
   Ümumilikdə götürəndə Dədəban qalası kəsik konusvari formadadır. Qala yaruslara bölünərək, mərtəbəli şəkildə həll olunduğundan daxildə əsas elementlər-ikinci yarusda dörd müşahidə açırımı, hər fasada iki dənə düşməklə 50 x 50 sm ölçüdə müşahidə açırımları ilə inşa olunmuşdur. Lakin ikinci yarusda müşahidə açırımı ilə yanaşı xaotik olaraq açırımlar birinin altına düşəcək şəkildə açılmış əlavə bir açırımda  müşahidə olunmuşdur. Qeyd olunan müşahidə açırımlarından savayı tağ şəkilində həll edilməklə girişi təmin etmək üçün inşa edilmiş giriş açırımı da var. Üçüncü yarusda da bu ölçüdə, eyni səpkidə lakin sayı ədədi səkkiz dənə olan müşahidə açırımları inşa edilmişdir. Bu açırımlar birinci yarusdan başqa ikinci və sonuncu yarusa kimi davam edir. Sonuncu yarus dedikdə, rekonstruksiya layihəsində bərpa edilmiş dördüncü yarus nəzərdə tutulur. Cəmi bu qala həcmində rekonstruksiya layihəsində hesaba alsaq 21 müşahidə açırımı fiksə edilə bilər.
    Qalaya giriş yuxarıda qeyd edilən dağıntı halındakı açırımdan deyil. Məhz ikinci yarusda olan tağ şəkilində olan açırmdan olduğu bütün müdafiə qalalarında  olduğu kimi bu qalada da eynilik təşkil edir və giriş açırımı bir az qərbə meyillənmə etməklə şimali-qərb istiqamətindədir.