Abidənin indeksi AZ-204006-0500-002
Abidənin Adı Şaxəndan günbəzi Türbə
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi yoxdur
Abidənin Ünvanı AZ5600, Şamaxı şəhəri, Şaxəndan qəbiristanlığı
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə But daşı Qənaətbəxş
      - Divarlar Əhəng daşı Qəza
      - Örtüklər Əhəng daşı Qənaətbəxş
      - Döşəmələr Torpaq Yaxşı
      - Tavanlar Əhəng daşı Qənaətbəxş
      - Fasadların dekoru -----
      - İnteryerlər əhəng daşı Qənaətbəxş
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- ----
İcra Tarixi 2013
İcraçı Nəsib Zeynalov
Qısa Təsviri
  Yerli əhalinin qeyd etdiyinə görə, türbədə S.Ə.Şirvaninin qardaşının qəbri yerləşib. Türbənin üstündə heç bir kitabə yoxdur.
Yerli əhalinin söylədiyinə əsasən türbə daxilindəki məzarların tarixi XIV-əsrə gedib çıxır, türbənin özü isə XVII əsr tikilisidir. Başqa bir versiyada, “Nəsimi” təxəllüsü ilə əsərlər yazmağa başlamış Seyid Əli hürufilik cərayanın təbliğatçılarından biri olduğuna görə Hürufilik təliminin təbliğatının geniş miqyas almasından narahat olmuş qardaşı Şah Xəndan Seyid Əliyə ehtiyatlı olmağı tapşırmışdı. Buradan göründüyü üzrə Nəsiminin–nisbəsi Şah Xəndan olan bir qardaşı olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şerlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda eyni adlı türbədə basdırıldığı məlumdur. Bu türbənin yerləşdiyi ərazidə xalq arasında Şahxəndan qəbiristanlığı kimi tanınmaqdadır. 
  Səkkizguşə formasında olan türbənin üstündə böyük günbəz yerləşdirilib. Türbənin üzərində heç bir kitabə yoxdur. Baş fasadda, giriş açırımının çatma tağının üstündə nəbati ornament işləmə və karniz fraqmentinin bir hissəsi dayanmaqdadır. Ondan yuxarıda dördbucaq formalı müəyyən ölçülü kitabə yerini xatırladan həndəsi element yerləşməkdədir. Türbə meyilli relyef üzərində dayanmaqdadır. Bu meyilliyi türbənin özündə də müşahidə etmək mümkündür. Türbənin hündürlük üzrə yuxarısı karnizlə tamamlanan səkkizgüşəli gövdə, baraban tipində silindir gövdə və günbəz örtüyündən ibarətdir. İç sahəsində səkkizgüşənin diametri 5 metrdir. Daxili dekorlar adına yalnız taxçalar, günbəzin mərkəzini istinad verən gül formalı bəzək və daha sonra səkkizgüşəli gövdəni günbəzin altında yerləşən barabanla keçidini təmin edən yarım ulduz formalı yelpikvarı tromp konstruksiyasınıda dekor kimi qeyd etmək olar.