Abidənin indeksi AZ-504012-1000-001
Abidənin Adı Alban kilsəsi Kilsə
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ3416, Güllük kəndi, Köhnə Zaqatala yolunun üstündə
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Konservasiya işlərindən sonra ərazisi təmizlənməli, turizm məqsədi ilə istifadə olunmalıdır.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə ---- -----
      - Divarlar daş Qəza
      - Örtüklər daş Qəza
      - Döşəmələr torpaq -----
      - Tavanlar daş tağ Qəza
      - Fasadların dekoru ----- -----
      - İnteryerlər daş Qəza
      - Divar rəsmləri --- -----
      - Heykəltaraşlıq nümunələri ----- -----
      - Tətbiqi sənəd əsərləri ----- -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq zonası şimala-63 m, cənuba-25 m, qərbə-57.5 m, şərqə-20 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 504012-1000-001
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
   Qax rayonunun Güllük kəndinin yaxınlığında açıq ərazidə kiçik alban sövməəsi yerləşir. Sövməə çox təəssüf ki, bu günümüzə qədər olduqca dağılmış vəziyyətdə gəlib çatmışdır. Düzbucaqlı plana malik olan bu tikilinin daxili ölçüləri 4,40 х 6,25 m, xarici ölçüləri 2,70 х 4,9 m təşkil edir, hündürlüyü isə 5 m-dən bir az çoxdur. Sövməənin apsidası divar konturlarına daxil edilmişdir. Bu tikilinin yeganə girişi qərb divarında yerləşir. Onun örtüyü hörmə tağbənddən ibarətdir. 
   Sövməə göyümtül-yaşıl çalarlı iri çaydaşından inşa edilmişdir. Hörgüdə kərpicə də rast gəlinir. Tikilinin künc hissələri və pəncərə açırımları kərpiclə tikilmişdir.Tağbəndin başlanğıc xətti həmçinin kərpiclə nəzərə çarpdırılmışdır ki, bu da interyerdə aydın müşahidə edilir. 
   Sövməənin dörd fasadının hamısı dağıntılara məruz qalmışdır. Tikilinin küncləri çox dağılmış, damı, eləcə də qərb fasadının üzərindəki örtük hissəsi  tamamən dağılmışdır. Şimal fasad daha çox dağılmış vəziyyətdədir. Bundan başqa onun bilavasitə yaxınlığında abidənin qorunması üçün təhlükə yaradan iri ağac bitir. Qərb fasadı, eləcə də qapının üzərində qurulmuş açımüstü atma həmçinin çox dağılmış vəziyyətdədir. Bu səbəbdən də qapı açımının hündürlüyünün və girişin üzərində yerləşən pəncərə açımının başlanğıc xəttinin müəyyən edilməsi çətinləşir. Salamat qalan hörgü də həmçinin bəzi yerlərdən zədə alıb. 
   Sövməənin tikinti xüsusiyyətləri və analogiyaları bu kiçik alban memarlığı abidəsinin tikinti tarixinin erkən orta əsr dövrünə (IX-X əsrlər) aid edilməsinə imkan verir.