Abidənin indeksi AZ-505021-1100-001
Abidənin Adı Alban abidəsi Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ6223, Mamrux kəndi (Armatay dağında, Mamrux, Güllük və Zərnə kəndləri arasında)
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə çay daşı Qəza
      - Divarlar çay daşı, əhəng daşı (üzlük) Qəza
      - Örtüklər Əhəng daşı, keramit Qəza
      - Döşəmələr Əhəng daşı Qəza
      - Tavanlar Əhəng daşı, tağ Qəza
      - Fasadların dekoru -----
      - İnteryerlər əhəng daşı Qəza
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 505021-1100-001
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
   Zaqatala rayonunun dini abidələri arasında Armatay dağında, Mamrux, Güllük və Zərnə kəndləri arasında ucalan abidə öz unikallığı ilə seçilir. Məbədə  Mamrux kəndi tərəfdən qalxan ilk tədqiqatçlar onu bu kəndin adı ilə adlandırmışlar. 
   Mamrux məbədi dairəvi alban məbədləri memarlıq qrupuna aiddir. Kilsədağ (Qəbələ rayonu) və Ləkit (Qax rayonu) məbədləri də bu qrupa daxildir. Məbəd dağın zirvəsində, meşədə, kəndlərdən aralıda yerləşir. Daş divarların ucalan qalıqları vaxtilə burada bütöv dini kompleksin, çox güman ki, monastrın mövcudluğundan xəbər verir. İndi həmin abidədən yalnız  məbədin dağıntıları və ərazini çəpərləyən divarın bir hissəsi ilə onun üç silindrik kontrforsu qalmışdır. Şübhəsiz, burada indiki dövrə gəlib çata bilməyən yaşayış və təsərrüfat təyinatlı tikililər olmuşdur. 
   Məbədin planda dairəvi əsas hissəsinin üç girişi-cənub, şimal və qərb girişləri var. Əsas hissəyə şərqdən mehrab qrupu birləşir. Mehrab qrupu kifayət qədər dərin mehrabönü hissəsi olan yarımdairəvi apsidadan və iki dairəvi əlavə yerləşkədən ibarətdir. Girişlər dərin, ensiz, portal şəklindədir. Daxili həcm dörd dayaq-pilonla iki hissəyə ayrılır: dövrələmə və günbəzaltı kvadrat. Dayaqların konfiqurasiyası onların konstruktiv aparıcı funksiyalarına uyğun olub, dağılmış örtüyün konstrukiyasından xəbər verir. Tikinti qalıqlarına  görə örtüyün kərpicdən olduğunu söyləmək olar. 
   Məbədin divarları bərk süxurlu daşlardan tikilmiş, yonulmuş əhəngdaşı ilə üzlənmişdir. Şərq fasadında əhəngin qalıqları saxlanmaqdadır. Divarlar daxildən malalanmış və naxışlarla bəzədilmişdir. Mehrablı apsida ilə şimal tərəfdəki əlavə yerləşkə arasında divarda naxışların qalıqları saxlanılıb. Tədqiqatçılar məbədi üçqatlı kompozisiya şəklində bərpa edirlər. Birinci qat mehrab qrupu dövrələmədən, ikincisi mərkəzi günbəzaltı hissədən, üçüncüsü günbəzdən ibarətdir.