Abidənin indeksi AZ-703019-0100-001
Abidənin Adı Yusif bəyin yaşayış evi Yaşayış Evi
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1871-ci il
Abidənin Ünvanı AZ6040,Tovuz rayonu Öksüzlü kəndində,yol kənarında
Müasir İstifadə Xarakteri Müalicəvi sağlamlıq
İstifadəsi Üzrə Təkliflər Poliklinika kimi istifadə olunur
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə -----
      - Divarlar Bişmiş kərpic Yaxşı
      - Örtüklər Dəmir təbəqə Qəza
      - Döşəmələr Taxta döşəmə Qəza
      - Tavanlar Taxta tavan Qəza
      - Fasadların dekoru -----
      - İnteryerlər -----
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri
İcra Tarixi 2015
İcraçı İslam Şabanov
Qısa Təsviri
Öysüzlü kəndi Tovuz şəhərinin cənub qərbində, dəniz səviyyəsindən 539m yüksəklikdə yerləsir.
Usub  bəyin 2 mərtəbəli yaşayış evi qardaşı Nəsib bəyin evinin yaxınlığında  nisbətən düz ərazidə yerləsir. Həyətin daş hasarı sökülmüş, yalnız şimal tərəfdəki tağlı darvaza  salamat qalmışdır.Düzbucaqlı plan quruluşlu yaşayış evinin divarları  bişmiş kərpicdən əhəng məhlulu ilə inşa olunmuşdur.   1-ci mərtəbənin şimal və cənub tərəflərindəki açıq və sonralar bağlanmış eyvanını sütunlar bəzəyir. Sonradan dayaqların səthləri yağlı boya ilə rənglənmişdir. Bəzi dayaqlarin aşağı hissələrində daşların səthləri qopmuşdurBinanın şimal fasadında ikinci mərtəbəyə çıxmaq üçün taxta pilləkən qurulmuşdurŞimal fasadda eyvan tam bağlanmamışdır.Birinci mərtəbədəki otaqların divarlarının qalınlığı müxtəlifdir. Evin divarlarının qalınlığından binanın əsasən 6 otaqlı və iki eyvanlı olduğu aydın görünür.Lakin sonralar müxtəlif məqsədlər üçün,hal hazırda isə poliklinika məqsədilə istifadə edildiyi üçün binanın daxilində funksional təyinatına görə dəyişikliklər olmuşdur.144 illik abidənin nisbətən bir az qorunmasına səbəb onun müəyyənlər məqsədlər üçün istifadəsi olsa da ,bu istifadə abidənin plan quruluşuna heç bir xələl gətirilmədən qorunub saxlanılsaydı, indiki dövrümüzə qədər gəlib çatan bu binanın memarlıq baxımından gözəlliyi bir daha aydın görünərdi. Binanın birinci mərtəbəsində şərq və qərb fasadında heç bir pəncərə yoxdur.İkinci mərtəbəsində isə  şərq və qərb tərəflərində yerləşən bir tərəfdə 4, digər tərəfdə 5 pəncərə olmaqla otaqlar işıqlandırılır.Şimal və cənub tərəflərdən otaqlar pəncərələr vasitəsi ilə təbii işıqlandırılır. Qapı və pəncərələrin sonradan dəyişdirilmişdir. Mərtəbələrarası örtükdə ağac materialından hazırlanmış atma tirlərdən istifadə olunmuşdur.  Atma tirlərin səthinə 4sm qalinlıqda yerli döşəmə taxtaları vurulmuşdur.Binanın döşəməsi taxta döşəmədir1 və 2 mərtəbələrarası şaquli əlaqə şimal və cənub tərəflərdəki açıq eyvanlarda yerləşən 1.20m enindəki taxta pilləkəndəndir.                     İkinci mərtəbədəki daxili yükdaşıyan və arakəsmə divarlar birinci mərtəbədəki divarların üstündə tikilmişdir. Ona görə də ikinci mərtəbədəki otaqların plan həlli birinci mərtəbədəki kimidir.Birinci mərtəbədəki otaqların hündürlüyü 2,65,ikinci mərtəbədəki otaqların hündürlüyü 3,35 m-dirTavanlara profili tavan taxtaları vurulmuşdur. Taxtalar bəzi yerlərdə çürüdüyündən qopub tökülmüşdür.  Binanın şərq fasadında divariçi pilləkən var. Bu pilləkənin ikinci mərtəbəyə və dama çıxışı var.