Abidənin indeksi AZ-503008-0200-001
Abidənin Adı Məscid Məscid
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi Dəqiq məlum deyil
Abidənin Ünvanı Az5525 Şəki rayonu Kiş kəndinin cənubunda , məktəb binasının yanında
Müasir İstifadə Xarakteri Mədəni maarif
İstifadəsi Üzrə Təkliflər Məscid bərpa olunaraq dini mədsədlərlə istifadə olunmalıdır.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə Cay daşından əhəng məhlulu ilə Qənaətbəxş
      - Divarlar Cay daşından əhəng məhlulu ilə Qənaətbəxş
      - Örtüklər Atma ağac tirlərdən Qənaətbəxş
      - Döşəmələr Torpaq döşəmə Qənaətbəxş
      - Tavanlar Atma tirlər üzərinə kerosin çəkilib -----
      - Fasadların dekoru Karton lövhələr ilə üzlənmişdir. Qənaətbəxş
      - İnteryerlər divarlara ağac qabırğalar üzərindən profilli Qəza
      - Divar rəsmləri Yoxdur -----
      - Heykəltaraşlıq nümunələri Yoxdur -----
      - Tətbiqi sənəd əsərləri Yoxdur -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası Yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri Azərbərpa ETLİ-nun arxivi (503008-0200-001)
İcra Tarixi 29.03.2015
İcraçı Xəlilov Xəlil
Qısa Təsviri
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.   Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır.
Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. 
          Tarixi mənbələrdə iki Kişin adına daha çox rast gəlinir.Biri tarixi qədimliyinə görə Şumer Kişi,ikincisi isə Azərbaycan Kişidir.IV minilliyin sonu,III minilliyin əvvəllərində(e.ə.XXVIII) Şumer tayfa birliyinin mərkəzi kimi,birinci Kişin adı çəkilir.Babil və Akkad şəhərlərinin yüksəlişindən sonra bu mərkəz öz siyasi əhəmiyyətini itirir.
              İkinci Kişin adına isə Qafqaz Albaniyasından bəhs edən mənbələrdə daha çox rast gəlinir.Alban tarixçisi M.Kalankatuklunun yazdığı tarixi məlumatlarda özünə yer tutan ikinci Kiş  Azərbaycan Respublikasının Şəki rayonunda yerləşir.”Kiş” sözü özündə bir sıra mənaları yaşatmaqdadır. Bu söz fonetik dəyişmələrə uğrayaraq,”qas”,”qaş”,”kas”,”kaş”,”qis”,”kiş” və.s şəkillərdə işlənmişdir. Həqiqət budur ki,”Kiş” sözü etnotoponimdir. Kas tayfaları və ya kasərlərin adı ilə bağlıdır. Mənası kasər boyundan olanların məskəni deməkdir. Bundan başqa “kas”,”qas” sözü uca,yüksək mənasında da işlədilib.
               Kiş kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Azərbaycan Respublikasının qədim şəhərlərindən biri olan Şəkinin şimal-qərbində yerləşir. Kənd Şəki şəhərindən şimala doğru yüngül təmir olunmuş döşəmə yollarla təxminən 5 km-də yerləşir. Kənd dəniz səviyyəsindən 1200 m hündürlüyündə, Kiş çayının iki qolu arasındadır.
     Kəndin evləri demək olar ki,boz çay daşından tikilmişdir. Kənddə müasir evlər tikilsə də,qədim evlər də qalmaqdadır. Bu evlər azlıq təşkil etsələr də sahibləri tərəfindən qorunub saxlanılır. Ən qədim evlər sahiblərinin dediyinə görə XV-XVI əsrlərə aiddir. Başqa evlər də vardır ki, XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə təsadüf edir. Bu evlər indi də yaşayış evi kimi istifadə olunur. Kişdə həmçinin dünya əhəmiyyətli “Kiş” Tarixi Memarlıq Qoruğu, ölkə əhəmiyyətli “Gələrsən-Görərsən”qalası, arxeoloji abidə olan”Doxun Nekropolu”,yerli əhəmiyyətli “Qaynar”və “Sığnaq”yaşayış yeri   vardır.
         Kəndin əsas su mənbəyi Böyük çaydır. Böyük çayın kənddən yuxarıdakı qolları Doğrunca və Damarçın (ona həm də Qaynar çay da deyirlər) adlanır. Su mənbəyi ilə kəndin məsafəsi 12 km-dir. Çay kəndin şərqi ilə axır,dağıdıcı çaydır. Kəndin 15 məhəlləsi var:
 1.Doxun.        2.Tahirlər.         3.Dərə.    4.Cour.             5.Yanıxlar.         6.Salay uşağı.    7.Bədələr.                8.Tatar uşağı.  9.Dodu uşağı.   10.Duluzlar. 11.Layişlər.  12.Vələmədlər.        13.Xan Tamar.        14.Maflar.  15.Gavan.

             Kiş kəndinin 8 minə yaxın əhalisi var. Onların çoxu təsərrüfat işləri ilə məşğul olur.
  Məscid 1941-ci ildə Kiş kənd əhalisinin ibadət yeri olub.Bir müddət sonra bu məscidin istifadəsi dayandırılıb və məsciddən kolxozun tütün anbarı kimi istifadə olunub.Müharibə qurtardıqdan sonra tikili yenidən məscid kimi yox,klub kimi fəaliyyətə başlayıb. Kənd əhalisi üçün filmlər göstərilib.1933-cü ildə tikilib istifadəyə verilmiş,kənd məktəb şagirdlərinin öz fəaliyyət mərkəzi olub.Hal-hazırda İsmayıl Osmanlı adına”Kiş kənd Mədəniyyət evi”kimi fəaliyyət göstərir.
1.1.	             Kiş kəndi Şəki şəhərinin şimal tərəfində Kiş çayının sahilində, dəniz səviyyəsindən 918 m yüksəklikdə yerləşir. Məscid kəndin cənubunda, köhnə məktəb binasının yanında və kənd yolunun kənarında inşa olunmuşdur. Dini tikili həcmi- fəza və plan quruluşuna görə Zaqatala-Şəki bölgəsini digər məscidlərindən ikili mehpabının olması ilə fərqlənir. Demək olar ki. iki mehrabı olan məscidlərə təsadüf olunmur. 
           Düzbucaqlı plan quruluşu(9.2x17.7m) olan məscidin divarları çay daşından əhəng məhlulu ilə inşa olunmuşdur. Hal-hazırda məscidin ibadət zalı kənd klubuna uyğunlaşdırıldığından taxta örtüklü döşəmənin səviyyəsi 30 sm dəyişdirilərək maili pandus şəklində həll olunmuş, şərq divarının önündə isə 3,5 metr enində pəncərə altı səviyyəsində ağac konstruksiyalı səhnə quraşdırılmışdır. Döşəmənin demək olar ki, bütün taxtaları çürümüşdür  Divarların qalınlıgı 0.80m-dir. Kürsülük hissədə divarların çökməsi halı müşahidə olunmur. İbadət zalının 6 ədəd, şimal tərəfdə yerləşən açıq eyvanın isə 8 ədəd ağac sütunu sonradan sökülmüşdür.  İbadət zalınına şimal divarından  giriş və pəncərə açırımı çay daşından sement məhlulu ilə hörülmüşdür. Cənub divarındakı pəncərə boşluqlarından birinin alt hissəsi sökülərək qapı açırımına uyğunlaşdırılmışdır..  İbadət zalı hal-hazırda qərb divarındakı 1 ədəd, cənub divarındakı  isə  4 pəncərədən (1 x 1,6 m) təbii işıqlanır. Pəncərələrin çərçivələrinə dairəvi en kəsikli (d=1,5 sm) metal barmaqlıqlar bərkidilmişdir. Qapı və pəncərə laylarının bəzi ağac elementləri çürümüşdür. Cənub divarında trapes formalı plan quruluşu olan və cənub fasadın divar səthindən 0,9 m irəli cıxan 2 ədəd mehrab inşa olunmuşdur. İnteryerdən divarlara çəkilmiş əhəng tərkibli suvaq qatı bəzi yerlərdə qopub tökülmüşdür.  Sonradan divar səthlərinə bütün perimetr boyu 4 x 5 sm en kəsikli qabırğalar vurularaq səthləri profilli plastik lövhələrlə üzlənmişdir. İbadət zalının ağac sütunları söküldüyündən çardaq konstruksiyasının yükünü daşımaq üçün ucları yükdaşıyan divarlara oturan eni istiqamətində 0,18 x 0,24 metr en kəsukli ağac tirlər atılmışdır. Tirlərin səthlərinə 2,5 sm qalınlıqda  en 20 sm olan taxtalar vurulmuşdur. Sonradan taxtaların səthlərinə lövhələr vurularaq ağ rəngli yaglı boya ilə rənglənmişdir. 
         İbadət zalının şimal divarına söykənən açıq eyvan sökülərək yerində məktəb üçün tədris otaqları, cənub divarına bitişik isə (4,8 x5,45 m) olçülü köməkçi otaq inşa olunmuşdur.
         İbadət zalının atma tirlərinin üzərində palıd ağacından dairəvi en kəsikli dik dirəklərə söykənən çatqı ayaqların səthləri bir-birindən 35 sm məsafədə yerləşən 4 x 5 sm en kəsikli qabırğalarla qəfəsələnmişdir. Qabırğaların üzərinə kirəmit tavalar düzülmüşdür.