Abidənin indeksi AZ-703019-0.100-002
Abidənin Adı Nəsib bəyin yaşayış evi Yaşayış Evi
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1885-ci il
Abidənin Ünvanı AZ6040,Tovuz rayonu Öysüzlü kəndində,yol kənarında
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Abidədə bərpa işləri aparılaraq məscid ilkin görkəminə qaytarılaraq muzey kimi fəaliyyət göstərməlidir
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə çay daşindan əhəng məhlulu ilə Qənaətbəxş
      - Divarlar Bişmiş kərpicden əhəng məhlulu Qəza
      - Örtüklər Atma ağac tirlərdən Qəza
      - Döşəmələr Taxta Qəza
      - Tavanlar profilli tavan taxtaları Qəza
      - Fasadların dekoru Ağac sütunlar Qənaətbəxş
      - İnteryerlər Saman terkibli suvaq qatı Qənaətbəxş
      - Divar rəsmləri Yoxdur -----
      - Heykəltaraşlıq nümunələri Yoxdur -----
      - Tətbiqi sənəd əsərləri Yoxdur -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri Azərbərpa ETLİ-nin arxivi 703019-0.100-002
İcra Tarixi 18.02.2015
İcraçı Xəlilov Xəlil
Qısa Təsviri
Tovuz rayonu Axərbaycan Respublikasının şimal qərbində yerləşən əlverişli coğrafi mövqeyə malikdir. Ərazisinin sahəsi 1903 kv kilometrə bərabərdir. Rayon ərazisi şimaldan Gürcüstan respublikası, Gədəbəy, Şəmkir, Samux və Ağstafa rayonları ilə həmsərhəddir. Ərazisində zəngin tarixi abidələri olan Tovuz rayonu tarixən müxtəlif tayfa və xalqların yaşadığı yurd yeridir.Tarixdə Şəmşəddil, Şəmşəddin, Tauş adları ilə tanınan bölgə Tovuz rayonu kimi 1930-cu il avqustun 8- də təşkil olunmuşdur.
    Tovuz ərazisi e. ə III əsrdən başlayan böyük hun axınlarında tam məskunlaşdı. Xunan, Əsrik, Axunca və sair yer adları hələ də qalmaqdadır. Zəyəmçay hövzəsində tapilmiş 300 min il yaşı olan suxurlar,qədim hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri,8-10 min il tarixə malik Köhnə dala abidələri bu ərazilərin nə qədər qədim tarixə malik oldugunu göstərir.
    Tarixi mənbələrə əsasən Tovuz rayonu ərazisində əsasən Oğuz tayfaları, daha doğrusu Dağ Oğuzları yaşamışlar. Etnoqrafların fikrincə, Tovuz adı əvvəllər“Tağ-üz,sonralar “Tav-üz” və nəhayət Tavuz şəklinə düşmüşdür. Tarixi araşdırmalardan məlum olur ki,zaman-zaman yaylaq-qışlaq həyatı sürən yurddaşlarımız nəhayət oturaq həyat tərzinə keçərək yaşamış, quruculuqla və sənətkarlıqla məşğul olmuşlar.Ona görə də bu ərazi həm islama qədər, həm də islamdan sonrakı dövrlərlə bağlı maddi mədəniyyət abidələri ilə çox zəngindir.
 Araşdırmalar onu göstərir ki, Tovuz rayonu ərazisi ibtidai insanın yaşaması üçün əlverişli məkan olmuşdur. Süni mağaraların təkmilləşmiş forması olan “qaradam”lardan XX əsrin ortalarına kimi istifadə olunmuşdur. Rayon ərazisindəki qaradamlar birotaqlı olmaqla yanaşı, həm də çoxotaqlı formada olmuşdur.Belə qaradamlarda insanlarla yanaşı onlara məxsus ev heyvanları saxlanılırmış. Otaqların təbii işıqlandırılması üçün damda bacalar inşa olunmuşdur. Həmin bacalardan mənzilin daxilində yanan ocağın tüstüsü xaric olurmuş.Sonrakı dövrlərdə belə bacalar bağlanaraq bağlanaraq divarlarda qala mazğallarına bənzər pəncərələr qoyulmuşdur. Gündüzlər həmin mağzallar açıq saxlanılır axşamlar isə yastıq yaxud döşəklər vasitəsi ilə kip  bağlanırdı. Nəhayət şüşənin meydana gəlməsi ilə həmin pəncərələrin forması və ölçüləri dəyişdi. Yaşayış evinin şimal və qərb divarlarinda pəncərələr qoyulmazdı. Bütün bunları iqlim şəraiti və günəşin düşməməsi ilə bağlamaq olar. Evlərin funksional planlaşması əsasən bu bölgədə yaşayan insanların məişəti, adət-ənəsinə və yaşam tərzinə uygunlaşdırılirmiş.
      Yaşayış evləri insanları təhlükədən,soyuqdan və yağışdan qorunması üçün inşa olunurdu. Evlərin plan quruluşunun müxtəlif olması insanların maddi vəziyyəti və imkanları ilə bağlı idi. Kasıbların evləri sadə, zəngin insanlarin evləri isə 2 mərtəbəli olmaqla həm xaricdən həm də daxildən memarlıq elementləri və nəfis ornamentlərlə işlənmiş olurdu. Varlı insanlar daima digərlərindən fərqlənməyə çalışaraq evlərində bütün rahatlıgin təmin olunmasına çalışırdılar. Belə evlərdə qulluqçular üçün otaqlar və  təsərrüfat otaqları inşa olunurdu.
      Yaşayış evlərinin tikintisində istifadə olunan tikinti materialını əsasən çay daşı,çiy və bişmiş kərpic təşkil edirdi. Çay daşından istifadə olunması bölgədəki çay yataqlarındakı daşın bol olmasından asılı idi. Çay daşından istifadə olunmaqla tikilən evlər daha ucuz başa gəlirdi. Sonralar yastı damlar çardaq damlarla əvəz olundu. Çardaqların ağac konstruksiyaları yerli ağac materialından hazırlanırdı. Belə evlərdə divarlarin möhkəmliyini artırmaq üçün çay daşından 3 hörgü cərgəsindən sonra 2 cərgə bişmiş kərpicdən hörgü inşa olunurdu. Evlərin döşəmələri 1-ci mərtəbədə gil, saman və palçıqdan qurulurdu.
       Əvvəllər inşa olunan yastı damlardan fərqli olaraq sonralar ağac ağac konstruksiyalı, dördyamaclı damlara daha üstünlük verilirdi. Dam örtüklərində yastı kirəmit tavalardan istifadə olunurdu.
      Öysüzlü kəndi Tovuz şəhərinin cənub qərbində, dəniz səviyyəsindən 539m yüksəklikdə yerləsir.




      Nəsib bəyin evi Yuxarı Öysüzlü kənd yolunun cənub tərəfində yeni tikilmiş kənd məktəbinin yaxınlığında, qardaşı olan Yusif bəyin evinin yanında inşa olunmuşdur. Nəsib bəyin evinin üzərində onun tikilmə tarixini göstərən daş kitabə var. Daş kitabədə bu tarix 1885-ci il göstərilmişdir.    
Nəsib bəyin 2 mərtəbəli yaşayış evi Öysüzlü kəndinin cənubunda, kənd məktəbinin yaxınlığında nisbətən düz ərazidə yerləsir. Həyətin daş hasarı sökülmüş, yalnız şimal tərəfdəki tağlı darvaza  salamat qalmışdır.
Düzbucaqlı plan quruluşlu(21.2x24.5m) yaşayış evinin bünövrəsi cay daşından, divarları isə 0.045x0.12x0.24m ölçülü bişmiş kərpicdən əhəng məhlulu ilə inşa olunmuşdur. Onbir otaqdan ibarət olan 1-ci mərtəbənin şimal və cənub tərəflərindəki açıq eyvanını yerli əhəng daşından yonulmuş kapitellə tamamlanan sütunlar bəzəyir. Sonradan dayaqların səthləri yağlı boya ilə rənglənmişdir. Bəzi dayaqlarin aşağı hissələrində daşların səthləri qopmuşdur. Divardan 2.20m yerləşən dayaqların ölçüləri 0.26x0.24m, aralıq məsafə isə 1.9m-dir. Cənub fasaddakı eyvanin şərq tərəfi 0.80m, qərb tərəfi isə 1.70m qalınlıqlı divarla bişmiş kərpicdən inşa olunmuşdur. Şərq divarınin (1.50m qalınlıqda) içərisində ikinci mərtəbəyə çıxmaq üçün kərpicdən 0.90m enindəki pilləkən sonradan hörülmüşdür. Eyvanın döşəməsinə düsülmüş bişmüş kərpiclər söküldüyündən hal hazırda torpaqdandır. İkinci mərtəbəyə çıxmaq üçün taxta pilləkən durulmuşdur. Eyvanın hündürlüyü 2.51m-dir. 
Birinci mərtəbədəki otaqların divarlarının qalınlığı 0.88m-dir. Evin cənub tərəfində yerləşən 4 otaq eyvana baxan 0.83x1.4m ölçülü 7 pəncərədən təbii işıqlandırılır. Bu otaqlardan ikisində eyvana baxan qapılar(0.90x2.10m) yerləşdirilmişdir. Digər otaqlarin qapıları qonşu otağa açılır. Qapı və pəncərələrin yalnız çərçivələri salamat qalmışdır. Binanın şərq və qərb tərəflərində yerləşən 4 otaq 12 pəncərə(0.83x1.4m) vasitəsi ilə işıqlandırılır.
                   Şimala baxan 3 otağın 3 pəncərəsi(0.83x1.4m)  və 2 qapısı(0.90x2.10m)  var.             Orta otaq 2, sağ tərəfdəki otaq isə 1 pəncərə vasitəsi ilə təbii işıqlandırılır. Qapı və pəncərələrin bütün ağac elementləri çürümüşdür. Ölçüləri 2.5x3.4m olan dəhliz təbii işıqlandırılmır. Bütün otaqlarin divarlarina saman tərkibli suvaq qatı çəkilmiş və ağardılmışdır. Suvaq qatı bəsi yerlərdə sökülmüşdür. Otaqlarının hündürlüyü 2.56m-dir.
                     Mərtəbələrarası örtükdə 0.18x0.16m en kəsikli ağac materialından hazırlanmış atma tirlərdən istifadə olunmuşdur.  Atma tirlərin səthinə 4sm qalinlıqda yerli döşəmə taxtaları vurulmuşdur. Hal-hazırda mərtəbəarasi örtük çürüdüyündən uçulub tökülmüşdür.1 və 2 mərtəbələrarası şaquli əlaqə şimal və cənub tərəflərdəki açıq eyvanlarda yerləşən 1.20m enindəki taxta pilləkəndəndir. Pilləkənlərin ağac məhəccərləri 11sm enindəki və 2sm qalınlığı olan taxtalar üzərində həndəsi formalı  kəsilərək yığılmışdır.  Pilləkənlər qəza vəziyyətindədir.
                     İkinci mərtəbədəki daxili yükdaşıyan və arakəsmə divarlar birinci mərtəbədəki divarların üstündə tikilmişdir. Ona görə də ikinci mərtəbədəki otaqların plan həlli birinci mərtəbədəki kimidir. Ancaq pəncərələr divarlarda 1 mərtəbə ilə eyni şaquli ox boyu düzülməmişdir.Dəhlizlərdən başqa bütün otaqların yükdaşıyan divarlarında hər bir otaqda üçün buxaralar hörülmüşdür. Buxara hörgüləri çardaqda davam etdirilərək damın səthindən bayıra çıxarılmışdır. Sadə biçimli buxalar otaqların daxili memarlıq həllinə uygunlaşdırılmışdır. Otaqların hündürlüyü 3.56m-dir. Tavanlara profili tavan taxtaları vurulmuşdur. Taxtalar bəzi yerlərdə çürüdüyündən qopub tökülmüşdür.
                      Şimal və cənub tərəflərdəki açıq eyvanların səkkizbucaqlı en kəsikli sütunları(0.22x0.22m) yerli ağac materialından hazırlanmışdir. Sütunlar 1.0m hündürlükdə dairəvi en kəsikli silindirik formaya keçərək 1.95m məsafədən sonra səkkizbucaqlı kapirellə tamamlanır. Kapitellərə hər iki tərəfdən 0.33x0.33m olan, üzərundə dairəvi en kəsikli deşiklər açılmış və kənarı əyri formalı kəsilmiş taxta parçaları bərkidilmişdir. Bir birindən 2.05m  məsafədə yerləşən sütunlar arasında 11sm eni və 2sm qalınlıqlı taxtalardan yıgılmışdır. 75sm hündürlüklü taxtalar 0.10x0.10m en kəsikli əltutanlarla tamamlanır. Sütunlar üstündən atılmış 0.18x0.10m en kəsikli ağac tirlərin səthlərinə ucları üçbucaq və yarımdairə formada kəsilmiş karniz taxtaları vurulmuşdur.
                       Şimal və cənub tərəfdəki açıq eyvanların döşəməsindəki  0.18x0.14m en kəsikli atma tirlərin bir ucu yükdaşıyan divara digər ucu isə 1 mərtəbənin daş sütunlarının kapitelinin üstünə oturur. Yaşayış evinin cənub eyvanının 1.40m qalınlıqlı divarında çardağa çıxmaq üçün kərpic pilləkən qurulmuşdur.
                       Bişmiş kərpicdən hörülmüş divarların səthlərinə sümün tərkibli suvaq qatı çəkilmişdir.
                      2 mərtəbənin divarları tamamlandıqdan sonra 0.18x0.14m en kəsikli tirlər atılaraq üstündə ağac konstruksiyalı çardaq qurulmuşdur. Bir-birindən 0.65m məsafədə düzülmüş çatqı ayaqlarının səthləri qabırğalanaraq qəmir vərəqələr ilə üşlənmişdir. Dəmir vərəqələr pas ataraq çürümüşdür.