Abidənin indeksi AZ-103008-1300-001
Abidənin Adı Karvansaray (Şah Səfi karvansarayı) Karvansaray
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1635-1636-cı illər
Abidənin Ünvanı AZ1038, Balaxanı kəndi, 2-cı mədən küç.
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə, kafe kimi istifadə oluna bilər
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar Əhəng daşı Yaxşı
      - Örtüklər yastı dam Qənaətbəxş
      - Döşəmələr daş Qənaətbəxş
      - Tavanlar tağ Yaxşı
      - Fasadların dekoru -----
      - İnteryerlər əhəng daşı Yaxşı
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 103008-1300-001
İcra Tarixi 2014
İcraçı Bəxtiyar Haşımlı
Qısa Təsviri
      
      Balaxanı qəsəbəsində yerləşən   XVII əsr memarlıq abidəsi olan Şah Səfi  karvansarayı 1635-36-cı ildə usta    Bürhan  və  sərkər Behbud  tərəfindən inşa edilmişdir. Onun inşasına  Əlihüseyn  Bahadirxan  şah  Səfiəddin  əmr etmişdir. Planı  düzbucaqlı  olan   karvansaray üstü tağtavanlıdar. Yerli əhali bu abidəni “Xacə Ruhulla imarəti “də adlandırır. Abidənin çatma tağlı taxta qapısı üzərində  vaxtilə kitabə olmuşdur. Hal-hazırda bu kitabə  yerində olmasa da onun foto-neqativi AMEA-nın Tarix İnstitunun elmi arxivində “Şah Səfi karvansarası” adı altında  saxlanılır.      
   Bu dövrdə karvasaranın məhz Balaxanı  ərazisində yerləşməsi Böyük İpək Yolu-nun məhz bu yerdən gəlib keçdiyinə bir sübutdur. Tacirlər məhz burada “ mehmanxana “-da  qalardılar.
     Onun tarixi mədəniyyət abidəsi kimi qorunub saxlanılması  üçün  1968-69- ci illərdə bərpa edilmişdir.