Abidənin indeksi AZ-608002-1100-004
Abidənin Adı Alban məbədi(Müqəddəs dilmançılar (tərcüməçilər) monastırı Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi məlum deyil
Abidənin Ünvanı Az1613, Daşkəsən rayonu Bayan kəndi, kənddən 3 km cənubda
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Kilsə alban abidəsi kimi vacibdir. Onun Azərbaycanın qonşu rayonlarda olan eyni tipli tikililərlə bir çox ümumi cəhətləri var. Üzərində zəng qülləsi ucalan kvadrat formalı sovməə – çahartağ xüsusən diqqəti cəlb edir. Kilsənin inşaat texnikasında kobud yonulmuş daşla hamar əhəng daşının eyni zamanda istifadəsi alban memarlığı üçün səciyyəvi cəhətdir. Abidə müxtəlif tipli dağıntılara məruz qalıb, onlar abidənin təhlükəsizliyinə bilavasitə təsir göstərirlər.Abidənin əsasən dam örtükləri dağılıb, lakin digər yerlərdə də müxtəlif xarakterlı çat və dağıntıları var. Ərazidə digər tikililərin qalıqları da aşkar olunur. Abidənin ərazisində arxeoloji qazıntılar keçirilməli və digər tikililərin qalıqları təmizlənməlidir. Kompleks Alban abidəsi kimi turist obyektinə çevrilə bilər
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə Çay daşı Qəza
      - Divarlar Çay daşı və əhəngdaşı üzlük kimi Qəza
      - Örtüklər əhəngdaşı Qəza
      - Döşəmələr əhəngdaşı Qəza
      - Tavanlar tağ Qəza
      - Fasadların dekoru üzlük daşının istifadəsi- pəncərə, qapı ətrafı, karniz və s. Qəza
      - İnteryerlər Çay daşı, əhəngdaşı Qəza
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Qeydiyyatda deyil
Təsdiq Olunmuş Mühafizə Zonası
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri
İcra Tarixi 2015
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
Müqəddəs Dilmançılar monastırı Bayan kəndindən cənubda, Quşqara çayının ətrafındakı hühdür təpəlikdəki səfalı meydançada yerləşir. 
Bayan Qafqaz Albaniyasının Uti əyalətinin Girdman bölgəsinin ən qədim və görkəmli məskənlərindən biridir. E.ə. IV-III minillikdən başlayaraq, Bayan təkcə hal-hazırkı regionun deyil, həm də bütün Zaqafqaziyanın çoxəhalili kəndlərindən biridir.  Kəndin ətrafında yerləşən və günümüzə qədər gəlib çıxan qədim qəbirlər, çoxsaylı qəbirsanlıqlar, eləcə də monastırlar, kilsələr, ocaqlar, müqəddəs ziyarət yerləri, xatirə kompleksləri, karvansaralar, körpülər, yaşayış evləri və çoxəsrlik alban mədəniyyətinə məxsus digər maddi subutlar bunun canlı şahidləridir. Kəndin özündə hal-hazırda salamat qalan və dağılan kilsə və zəng qüllələrinin mövcudluğu bunu bir daha təsdiq edir. 
Bayan kəndi üç tərəfdən seyrək meşə və qayalıqlarla əhatələnərək, Kür çayının qolu olan Quşqaraçayın sol sahilində, dəniz səviyyəsindən 1000-1100 metr yuxarıda, çənub-şərqə istiqamətlənən iki dağ yamacında yerləşir. Kənd bir-neçə yaşayış məhəllələrindən ibarətdir. ХХ əsrdə kəndin inkişafı və genişlənməsi, yeni yaşayış evlərinin tikintisi ilə əlaqəli Qüşqara çayının sağ sahilindəki əraziyə iki yeni məhəllə də əlavə olunmuşdur. 
    Monastırın adı burada qədim zamanlarda müqəddəs kitabların dilmancılarının yaşaması barədə fikir yürütməyə əsas verir. Gəncə yepiskopu Makar Barxudaryanın “Arsax” səlnaməsində bu monastırda xatirə yazılarının monastırın, kəndin və ümumilikdə bütün vilayətin  tarixi barədə maraqlı məlumatlar çatdıran çoxsaylı incil əlyazmalarının mövcudluğu barədə məlumat verilir. 
Müqəddəs Dilmançılar Monastırının inşa olunma dövrü haqqında tarixi qaynaqlarda heç bir dəqiq məlumat aşkar edilməmişdir.  Yazılı qaynaqlarda yalnız artıq XIX əsrdə həmin monastırın boşaldılması və baxımsız qalması barədə məlumatlar qalmaqdadır.
Monastır alban memarlığının tədqiq olunmamış abidələri sırasına daxildir.  Elmi ədəbiyyatda bu abidənin yazılı təsvirinə və onun haqqında hər-hansı digər məlumata rast gəlinmir.  Monastır sovetlər dövrü aşkar olunmuşdur və hal-hazırda Azərbaycanın maddi mədəniyyət abidələri siyahısına daxildir.  
Hal-hazırda monastır kompleksindən yarımdağılı vəziyyətdə dini hissə salamat qalmaqdadır. Dini hissə sovməsi olan  kilsədən,  kiçik  giriş yerləşgəsindən və kilsənin cənub girişinin qarşısında inşa edilən zəng qülləsindən ibarətdir.  Kilsədən şərqdə tağbəndlə örtülən doqquz hücrənin və monastır sarayının dağıntıları yerləşir. Nə zamanlarsa bu monastır çəpərlə əhatə olunmuşdur. Monastırın əsas tikililərindən qərbdə, Quşqara çayının o biri sahilində hündür təpə üzərində hal-hazirda dağılmış vəziyyətdə olan   köhnə sovməə yerləşir. Tikililərin qalıqları əvvəllər burada kiçik monastır kompleksinin mövcudluğunu göstərir. Hal-hazırda yalnız dağıntıları qalan iki körpünü də kompleksin tikililəri sırasına aid etmək olar. Bu körpülərdən biri əhəng məhlulu ilə hörülmüş konstruksiyadan ibarət maraqlı tikilidir. 
Monastır kompleksinə daxil olan kilsə kobud yonulmuş daşlardan inşa edilən yarımdairəvi apsidaya malik, ensiz və uzunsov tağtavanlı-zal quruluşlu tikilidir. Bu tikili qərb və şərqdən dörd kiçik pəncərə açırımı vasitəsi ilə işıqlanır. Onun şimal divarının şərq tərəfinə qapı açırımı və düzünə  atma vasıtəsi ilə zalla əlaqələnən sovməə birləşir. Kilsənin interyerinin bəzək vasitəsi üzün divarların və altar apsıdasının üzərində yerləşən ənənəvi tağçalardan ibarətdir. Altar apsidasının  (tikilinin təxmini inşa tarixinin müəyyən edilməsinə imkan verən mühün ünsürdür) döşəməsinin hühdürlüyünün burada baş verən dağıntılara görə müəyyən edilməsi mümkün olmamışdır. 
Abidənin konstruksiyaları  üzərində aparılan vizual müşahidə və tədqiqat bura daxil olan yerləşgələrin müxtəlif dövrlərdə inşa edilməsi barədə əminliklə fikir söyləməyə imkan verir. Şimal sovməyə malik kilsənin kompleksin tikililəri arasında daha  qədim olması barədə təxmin etmək olar. Memarlıq xüsusiyyətlərinin oxşarlığına əsasən bu kilsə erkən orta əsr abidələrinə daha yaxındır. Analogiya kimi Ağdam rayonundakı həmçinin bir nefli bazılikadan ibarət olan VI əsrə aid Gəvurqala məbədini nümunə gətirmək olar. Lakin Gəvurqala məbədindən fərqli olaraq, tədqiq olunan abidənin planı  irəli çıxan pilyastrlardan məhrum olan daha uzun və ensiz formaya malikdir. Bu xüsusiyyət erkən orta əsr alban memarlığı üçün ənənəvi olan bir nefli bazilika kompozisiyasının bu abidədədə bəzi dəyişikliyə uğraması barədə təxmin etməyə vadar edir. Tağtavanın kiçik aşırımına görə pilyastırlara söykənən dayaq tağların istifadəsinə burada ehtiyac qalmamışdır. 
Kilsənin inşaat texnikasının, o cümlədən xarici divarlarının hörgüsünün  yaxında - qonşu Gədəbəy rayonunda yerləşən XIII Xamşivəng abidəsi ilə analoji oxşarlığını həmçinin qeyd etmək lazımdır.  Bu abidənin qərb qapısı üzərində erməni diliində yazılmış kitabədə həmin kilsənin 1079-cu ildə  (1630)  Milhoca Əziz tərəfindən inşa edildiyi qeyd olunur. . Həmin inşa tarixinin abidənin yenidəndurulma dövrü olması barədə güman edilməsinə əsas var. Alban memarlığı tarixinin tədqiqi zamanı bəzən abidəni bərpa edən və yaxun yenidən quran insanların özlərinin onun inşaatçısı kimi qələmə verdikləri kitabələrin qoyub getmələri barədə çoxsatylı analoji faktlar ortaya çıxır.
Kilsənin qərb fasadı qarşısında hündür olmayan giriş yerləşgəsinin həmin dövrdə, zəng qülləsinin isə daha sonra inşa edilməsi təxmin edilir. Kilsənin qərb kəndarı məbədlə qapı vasitəsi ilə əlaqələnən kiçik yerləşgədən (4.40 х 6,59 m), ibarətdir. 
Zəng qülləsi monastır kompleksinin daha əhəmiyyətli tikililərindəndir.  Qüllə kobud çay daşı parçalarlndan yığılan və küncləri hamar yonulmuş əhəng daşı hörgüsü ilə bəzədilən kvdrat planlı təmələ malikdir.  Bu tikilinin tağ formasına malik hündür girişi əhəng daşından inşa edilmişdir. Onun günbəzli örtüyünün üzərində çadırvari dama malik rotonda ucaldılmışdır.  
Zəng qülləsinin təməlini  eyni zamanda məbədin cənub qapısının qarşısında kiçik sovməə təşkil edir.  Bu tikilinin daşları üzərində həkk olunan kitabə 1667-1695-ci illərin hadisələri barədə məlumat verir.  Analoji Xamşivəng və Çiçərvəng monastırlarının memarlığının müqayisəsinin əsasında Zəng qülləsinin tikinti tarixini əminliklə XVII əsrə aid etmək olar. 
Müqəddəs Dilmançılar Monastırının inşa olunma dövrü haqqında tarixi qaynaqlarda heç bir dəqiq məlumat aşkar edilməmişdir.  Yazılı qaynaqlarda yalnız artıq XIX əsrdə həmin monastırın boşaldılması və baxımsız qalması barədə məlumatlar qalmaqdadır.
Monastır kompleksinə daxil olan kilsənin memarlıq-planlaşdırma həlli son orta əsr dövrünün zal tipli kilsələrinin plan həllini xatırladır. Məbədin üzünsov nisbətləri, pəncərə açırımlarının konfiqurasiyası və hündürdə yerləşməsi bu oxşarlığı bir daha sübut edir. Tikilinin inşaat texnikası Gədəbəydə yerləşən Хаmşivəng abidəsini xatırladsa da, hörgü  sadəliyi və dekorun olmaması ilə seçilir. 
Kilsənin XIII-XIV əsrlərdə tikilməsi və kitabəsində verilən məlumatlara görə XVII əsrdə yenidən qurulması və əlavə tikilirərlə zənginləşməsi fərz edilir. Lakin bu dini tikilinin alban abidəsi olması və Azərbaycanın qonşu rayonlarda olan tikililərlə bir çox ümumi cəhətlərə malik olması barədə heç bir şübhə yoxdur. Üzərində zəng qülləsi ucalan kvadrat formalı sovməə – çahartağ xüsusən diqqəti cəlb edir. Kilsənin inşaat texnikası da, yəni  daha konstruktiv cavabdeh yerlərdə kobud yonulmuş daşla hamar əhəng daşının uyğunlaşması alban memarlığı üçün səciyyəvi cəhətdir.